Sifariş prosesi

Necə sifariş edirik?

Sifariş üçün hesab yaratmağa və ya onlayn ödəniş etməyə ehtiyac yoxdur — hər şeyi birbaşa sizinlə razılaşdırırıq.

1. Kataloqu araşdırın

Məhsullar bölməsində model, marka və ya kateqoriya üzrə axtarın. Uyğun modeli tapmasanız da bizə yazın — sifariş üzrə təmin etməyə çalışırıq.

2. Bizimlə əlaqə saxlayın

WhatsApp, telefon və ya sayt üzərindəki formalardan (zəng sorğusu, sual, təmir müraciəti) birini seçin. Heç bir onlayn ödəniş və ya hesab yaratmaq tələb olunmur.

3. Qiymət və detalları təsdiqləyirik

Modelinizə uyğunluğu, stok vəziyyətini və yekun qiyməti sizinlə birbaşa danışırıq. Çatdırılma və ya mağazadan götürmə detallarını da bu zaman razılaşdırırıq.

4. Sifariş təsdiqlənir

Razılaşdıqdan sonra sifarişiniz təsdiqlənir. Suallarınız olarsa, prosesin istənilən mərhələsində bizə zəng edə və ya yaza bilərsiniz.

Sürətli əlaqə

Hazır sualınız varsa, birbaşa buradan yazın — ilk növbədə biz sizinlə əlaqə saxlayacağıq.